İpoteka krediti ilə arzuladığınız evə sahib olun!

Uşaq yaşlarımızda əksəriyyətimiz yaradıcı tərəfimizi kəşf etməyə ev şəkilləri çəkməkdən başlayırıq. Zaman keçdikcə o evin şəkilləri və rəngləri də dəyişir. Yəqin ki ev almaq istəyimiz də elə ən kiçik yaşlarımızdan yaranan sevgidən irəli gəlir. Siz də arzuladığınız evi almaq barədə tez-tez düşünürsünüz? Bəlkə də yaddaşda saxladığınız yüzlərlə ev dizaynı şəkilləri, videoları ilə gələcək evinizin dizaynı, otaqların quruluşu da hazırdır. Bəs nə üçün gözləyirsiniz? Sizcə, işləri biraz sürətləndirmək zamanı deyilmi? Gəlin bu yolda işinizə yarayacaq ipoteka krediti haqqında danışaq.
İpoteka krediti nədir? - Sadə dillə ətraflı izah
İpoteka yeni ev sahibi olmaq istəyən şəxslərin sevimli kredit məhsuludur. Çünki istər ən hündür binalarda, istərsə də bağ evlərində yaşamaq istəyinizdən asılı olmayaraq, bu kreditlə istənilən növdə, yerdə, formada və qiymətdə ev almaq mümkündür. Bildiyiniz kimi ev qiymətləri kifayət qədər bahadır və bu məbləğ hər kəs üçün əlçatan olmaya bilər. Bu zaman ipoteka kreditləri hər kəsin arzusunda olduğu evi, bağı, ərazini, obyekti əldə etməsinə şərait yaradır. Bu keditlə əsasən evlər üçün ayrılsa da əslində siz şəhərin mərkəzindən tutmuş ən ucqar nöqtələrə qədər ərazilərdə müxtəlif daşınmaz əmlak obyektlərini satın ala bilərsiniz. Üstəlik ödənişləri hissəli şəkildə edirsiniz.
İpoteka şərtləri - Kimlər faydalana bilər?
Azərbaycanda ipoteka krediti almaq üçün vətəndaşlar İpoteka və Kredit Zəmanət Fonduna, dövlət və kommersiya banklarına müraciət edə bilər. Əmək müqaviləsi ilə çalışan, rəsmi gəliri olan və kredit tarixçəsi müsbət olan şəxslərin bu kreditlərdən faydalanması mümkündür. Həmçinin müəllimlər, hərbi qulluqçular, dövlət qulluqçuları və yeni ailə quranlar üçün isə güzəştli ipoteka kreditləri də mövcuddur. İpoteka sertleri bankların təkliflərinə əsasən dəyişsə də, borcalanın yaşının minimum halda 18-21 yaşdan yuxarı olması və sabit aylıq gəlirə sahib olması vacibdir. Adətən ilkin ödəniş 10-20% aralığında olur və kredit müddəti 25 ilə qədər uzana bilər. İpoteka kredit kalkulyatoru vasitəsilə həm dövlət ipoteka kreditlərini, həm də bankların təkliflərini öncədən araşdıra, kredit faizlərini və aylıq ödənişləri hesablaya bilərsiniz.
Güzəştli ipoteka kimlərə verilir?
Güzəştli ipoteka müəyyən sosial qrupların mənzil sahibi olmasını asanlaşdırmaq məqsədilə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim olunur. Bu kredit növü daha aşağı faiz dərəcəsi, uzunmüddətli ödəniş imkanı və minimal ilkin ödəniş kimi üstünlükləri ilə fərqlənir. Güzəştli ipotekadan əsasən gənc ailələr, dövlət qulluqçuları, hərbi qulluqçular, elmi işçilər, müəllimlər, məcburi köçkünlər və s. kimi şəxslər faydalana bilər. Kreditin illik faiz dərəcəsi 4% həcmində olur və ödəniş müddəti 30 ilə qədər uzana bilər. İlkin ödəniş isə bəzi hallarda cəmi 10% təşkil edir. Bundan başqa, banklarda da müxtəlif güzəştli şərtlərlə daşınmaz əmlak kreditləri təklif olunur.
İpoteka krediti kalkulyatoru ilə hesablama necə aparılır?
İpoteka kredit kalkulyatoru mənzil almaq istəyənlər üçün aylıq ödənişi əvvəlcədən hesablamağa imkan verən, həmçinin ümumi ipoteka sertleri üzrə dəyərləndirmə aparmağa şərait yaradan hesablama alətidir. Bankların veb-saytında və mobil tətbiqlərində yer alır. Bu kalkulyator vasitəsilə kredit məbləği, illik faiz dərəcəsi və kredit müddəti kimi əsas məlumatları daxil etməklə həm faiz ödənişini, həm də əsas borc məbləğini öncədən hesablamaq mümkündür. Həm vaxta qənaət edir, həm növbələrdə gözləmirsiniz, həm də daha rahat plan qura bilirsiniz. Vacib məqam ilkin ödəniş faizini və kreditin ilkin ödənişini, əlavə şərtlər varsa, onlara diqqət yetirməkdir.
İpoteka kreditləri ilə arzuladığınız evə sahib olun!
İpoteka krediti ilə ev sahibi olmaq və ümumiyyətlə xəyal etdiyiniz daşınmaz əmlakı satın almaq daha əlçatandır. Uzun müddət kirayə ödəyirsinizsə, obyekt açmaq planlarınızı ertələyirsinizsə, artıq sərfəli şərtləri dəyərləndirmək zamanıdır. Banklarımızın təklif etdiyi güzəştli şərtlər, aşağı faiz dərəcələri, uzunmüddətli ödəniş planları və dövlət dəstəyi imkanları bu prosesi daha da asanlaşdırır. Odur ki doğma evinizdə yaşamaq, gələcəyə yatırım etmək üçün ipoteka krediti ideal seçim olacaq. İndi müraciət edin, arzularınızdakı evə bir addım daha da yaxınlaşın!
Ən çox baxılan bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür